Cim Harrison

Cim Harrison

Yazıçı

BİOQRAFİYA

Cim Harrison 11 dekabr 1937-ci ildə ABŞ-ın Miçiqan ştatının Qreylinq şəhərində aqronom ailəsində anadan olub. Bir gözü uşaqlıqdan kor olub. 21 yaşında olanda atası və bacısı avtomobil qəzasında həlak olub. 1960-cı ildə Miçiqan Universitetini bitirib, bakalavr dərəcəsi alıb. 1964-cü ildə isə ədəbiyyatşünaslıq üzrə magistr dərəcəsi əldə edib. 1959-cu ildə Linda Kinqlə ailə qurub. Bu nikahdan 2 qızı var. 1965-1966-cı illərdə Nyu-York universitetində ingilis dili müəllimi işləyib. Ən çox 1979-cu ildə yazdığı “Payız Əfsanəsi” romanına görə tanınır. Həmin əsər 1994-cü ildə Bredd Pitt və Entoni Hopkinsin iştirak ilə ekranizasiya edilib. Təkcə ABŞ-da yox, Latın Amerikasında da kifayət qədər populyar qələm sahibi olub. Roman və povestləri 22 dildə nəşr olunub. Yazıçı 2016-cı ildə ürək tutmasından vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.livelib.ru/author/215551-dzhim-garrison   

 

 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç