Aydan Kuinn

Aydan Kuinn

Aktyor

BİOQRAFİYA

Aydan Kuinn 8 mart 1959-cu ildə Çikaqoda anadan olub. Uşaqlığı həm Çikaqo, həm də Dublində keçib. Anası Tereza evdar xanım, atası ədəbiyyat müəllimi olub. Üç bacı-qardaşı var. Onun böyük qardaşı Deklan Kuinn – tanınmış kinematoqrafdır. Aydan 19 yaşından etibarən Çikaqo teatrında çıxış etməyə başlayıb. Daha sonra Piven Theatre Workshop məktəbində oxuyub. İlk önəmli rolunu “Ehtiyatsız” adlı azbüdcəli filmdə oynayıb. Daha sonra “Süzenin əbəs axtarışları” filminə çəkilib. Ardınca “Erkən şaxta” telefilmində QİÇS-dən əziyyət çəkən gənc vəkil rolunu oynayıb. Həmin rola görə Kuin ilk “Emmi” mükafatını qazanıb və Hollivud öz qapılarını onun üzünə açıb. 1988-ci ildə Martin Skorsezenin çəkdiyi bədii filmdə İsa Məsih rolunu oynayıb. Paramount Pictures şirkəti çəkilişlərə start versə də, sonradan layihə təxirə salınıb. Layihə yenidən işə salındıqdan sonra həmin rola Villem Defoya nəsib olub. Aydan isə öz növbəsində “Kruzo” filmində (1989) baş rola çəkilib. 90-cı illərdə karyerasında sürətli yüksəliş dövrü başlayıb. Bred Pittlə “Payız Əfsanəsi”, Conni Deplə “Benni və Cun”, Rober Düvalla “Xadimənin hekayəsi”, Con Qilqudla “Kabusların evi” filmlərinin çəkilişində iştirak edib. 2006-cı ildə Kuinn “Denielin kitabı” adlı serialda ilk daimi televiziya roluna nail olub. Ancaq pilot epizodun efirə getməsindən 3 həftə keçməmiş şou dayandırılıb, son beş epizod isə bir daha efirə getməyib. 2007-ci ildə “Bury My Heart at Wounded Knee” telefilmində oynadığı rola görə ikinci “Emmi” mükafatını qazanıb. Kuinn aktrisa Elizabet Brakko ilə evlidir. Onların nikahdan 2 qızı var. Qızlardan biri autizmdən əziyyət çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%B8%D0%BD%D0%BD,_%D0%90%D0%B9%D0%B4%D0%B0%D0%BD  

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç