Culiya Ormond

Culiya Ormond

Aktrisa

BİOQRAFİYA

Culiya Kerin Ormond 4 yanvar 1965-ci ildə Britaniyada anadan olub. Londonun Dram İncəsənət Akademiyasında aktyorluq sənətinin incəliklərini öyrənib. 1988-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. Karyerasının əvvəlində “Gənc Yekaterina” (1991) və “Stalin” (1992) adlı televiziya filmlərinə çəkilib. Böyük ekranlarda debütü “Makon övladı” adlı Avropa filmində baş tutub. Növbəti il Bredd Pit və Entoni Hopkinslə “Payız Əfsanəsi” adlı Amerika filminə çəkilib. 1995-ci ildə “Birinci sərkərdə” və “Sabrina” adlı filmlərdə baş qadın obrazları ona nəsib olub. Sadalanan 3 film karyerasının ən uğurlu rolları hesab olunur. 1997-ci ildə kassa uğursuzluğuna düçar olan “Smillanın buzlu hissləri” trillerinə çəkilib. 90-cı illərdən etibarən başlıca olaraq televiziya serialları və filmlərinə çəkilir, teatr tamaşalarında iştirak edir. Habelə “Çe”, “Bencamin Battonun sirli hekayəsi” və “Merlinlə 7 gün 7 gecə” kimi reytinqli filmlərdə ikinci plan rolları ifa edib. 2001-ci ildə “Mən sink çarpayım” pyesində oynadığı rola görə “Lorens Olivye” mükafatı ilə təltif olunub. ABŞ teleməkanında “C.S.I: Cinayət yeri Nyu-York”, “Qanun və Qayda: Cinayət niyyəti”, “Ceki Bacı” və “Dəliqanlılar” kimi tanınmış seriallarda oynadığı rollarla yadda qalıb. 2010-cu ildə “Templ Qrandin” telefilmindəki performansına görə ən yaxşı ikinci dərəcəli qadın rolu nominasiyasında “Emmi” mükafatı laureatı olub. Şəxsi həyatına gəlincə 1989-cu ildə aktyor Rori Edvardsla ailə qurub. Ancaq izdivacın ömrü uzun sürməyib və 1994-cü ildə yollarını ayırıblar. 1999-cu ildə siyasi fəal Con Rubinlə münasibətlərini rəsmiləşdirib. 2004-cü ildə bu izdivacdan qızları dünyaya gəlib. Aktrisalıqdan başqa ictimai fəal olan Ormond 2 dekabr 2005-ci ildə BMT-nin xoşməramlı səfiri seçilib. 2010-cu ildə “Emmi” mükafatı laureatı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%80%D0%BC%D0%BE%D0%BD%D0%B4,_%D0%94%D0%B6%D1%83%D0%BB%D0%B8%D1%8F

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç