Alfred Qof

Alfred Qof

Prodüser, ssenarist

BİOQRAFİYA

Alfred Qof 22 avqust 1967-ci ildə Leonardtaun şəhərində anadan olub. 1985-ci ildə St.Mary's Ryken orta məktəbini bitirib. 1989-cu ildə Vaşinqtonun Amerika Katolik Universitetinin məzunu olub. Sonradan Qof Kaliforniyaya köçüb, orada Cənubi Kaliforniya Universitetində prodüser kurslarına gedib. Təhsil aldığı ildə britaniyalı ssenarist və prodüser Mayls Millarla tanış olur. Kaliforniya Universitetində oxuduğu zaman “Manqo” filminin ssenarisini yazır. Film heyvan tükünə qarşı allergiyası olan polis zabitindən bəhs edir. Həmin ssenarini New Line Cinema nə az, nə çox 400 min dollara alsa da, film ekranlara yol tapmır. Buna baxmayaraq Qof və Millar tandemi qısa müddətə məşhurlaşır. Onların ən məşhur birgə layihəsi “Smolvil sirləri” (2001-2011) adlı serialdır. Ssenaristlər sonradan Millar/Gough Ink adlı şirkətlərini də yaradıblar. 2017-ci ilə kimi 22 film və serialın çəkilişində iştirak edib, 12 film və seriala prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%84,_%D0%90%D0%BB%D1%8C%D1%84%D1%80%D0%B5%D0%B4

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç