Cey Cey Fild

Cey Cey Fild

Aktyor

BİOQRAFİYA

Cey Cey Fild 1 aprel 1978–ci ildə ABŞ-ın Kolorado ştatının Bouldere bölgəsində anadan olub. Fild britaniyalı mistik və müəllif Reşad Fildin oğludur. Onun iki qardaşı və bir bacısı var. Con Fild Böyük Britaniya və Amerika vətəndaşıdır. Fild uşaq yaşlarında ailəsi ilə birlikdə Londona köçür. Lakin valideynləri bir müddətdən sonra boşanır. Fildin atalığı - Uilyams Con Taunerdir. 17 yaşında olarkən böyük qardaşı ilə birlikdə Tibetə gedir və orada bir il ərzində alpinizmlə məşğul olur. Qayıtdıqdan sonra Vebber Duqlasın Dram İncəsənəti Akademiyasına daxil olur. Bəzi mənbələrə görə o təhsilini yarımçıq qoyur. Digər məlumata görə o Akademiyanı bitirdikdən sonra televiziyada bir neçə rol alır. Fild “Ümid və şöhrət” (1999-2000), “Aya toxunmaq” (2000), “Yol uşaqları” (2000), “Ölüləri dirildərkən” (2000-2011), “Nikolas Niklbinin həyat və macəraları” (2001) teleseriallarında çəkilib. 2002-ci ildə Ketrin Biqelounun ilk sovet atom sualtı qayığında baş vermiş qəzaya həsr olunmuş məşhur “K-19” filmində Harrison Ford, Liam Nison, Piter Sarsqaard kimi aktyorlarla çəkilir. 2003-cü ildə “Tuls Lüperin çemodanları: hissə 1 Moab əhvalatı” (2003) və onun davamı “Tuls Lüperin çemodanları: hissə 2 Dənizə doğru” (2003) və “Tuls Lüperin çemodanları: Antverpen” (2003) filmlərində rol alır. 25 yaşlı aktyor ömürlük məhkum Tuls obrazını canlandırıb və gənc heç kimə məlum olmayan məhkumdan adlı-sanlı yazıçıya çevrilir. Trilogiya qısa müddət ərzində uğur qazanır və Kann festivalının mükafatına namizəd seçilir. 2006-cı ildə Fild 4 baş rolda çəkilir. Qeyri ordinar qadının həyatından bəhs edən “Missis Bitonun gizli həyatı” (2006) britaniya dramında baş qəhrəmanın əri rolunda, “Qüds” (2006) dramında amerikalı yəhudi rolunda, “Northanger Abbatlığı” teledramında müflis general oğlu rolunda və “Qaranlıqdakı yaqut” (2006) filmində çəkilir. 2009-cu ildə aktyor “Sonuncu vampir” yapon-fransız fanrastikasında rol alır. Ardınca “Qol 3” (2009) alman idman dramında futbolist rolunu ifa edir. 2013-cü ildə Fild “Ostinend” komediyasında müasir mister Darsini oynayır. 2014-cü ildə Co Constonun “İş üçün təhlükəlidir” amerikan trillerində killer rolunda görünür. Həmin ili aktyor “Mərd kişilərin qanı” (2014) island filmində debüt edir. 2011-ci ildən aktrisa Niv Kempbell ilə evlidir. Cütlüyün 2012-ci ilin avqustunda Kaspian Fild adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.ivi.az/person/dzhej_dzhej_fild

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç