Maykl Parks
Aktyor
Maykl Parks 24 aprel 1940-cı ildə Kaliforniyanın Korona şəhərində anadan olub. Ailədə 4 bacı-qardaşı olub. Peşəkar aktyor olana qədər özünü müxtəlif peşələrdə sınayıb: plantasiyada meyvə yığıcısı, qazıcı fəhlə, yük maşını sürücüsü, meşə yanğınsöndürəni işləyib. 1960-cı illərdən etibarən seriallara çəkilməyə başlayıb. 1960-1970-ci illərdə kantri, blüz və caz janrında bir neçə albom buraxıb. Ən tanınmış rolu “Günbatandan Gündoğana kimi” (1996), “Bilin öldürülməsi: 1-ci film” (2003), “Ölümə davamlı” (2007) və “Qorxu planeti” (2007) filmlərində canlandırdığı şerif Erl Makqrou rolu ilə şöhrət qazanıb. 1956-1958-ci illərdə Luiza M. Consonla evli olub. Bu nikahdan bir övladı var. İkinci həyat yoldaşı aktrisa Ceyn Moriarti ilə 11 yanvar 1964-cü ildə nikaha daxil olub. İki aydan sonra aktrisa dərman həbinin yan təsirlərindən (artıq doza qəbulu) dünyasını dəyişib. 1969-1977-ci illərdə Karolin Key Karsonla evli olub. Onların Ceyms Parks adlı aktyor övladı var. 1997-ci ildə dördüncü həyat yoldaşı Oriana Parksla evlənib. Maykl Parks 2017-ci ildə 77 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. Ölüm səbəbi indiyə kimi rəsmi olaraq açıqlanmayıb. Mərhumun vəsiyyəti əsasında nəşi dənizdə dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D0%BA%D1%81,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB