Nik Damiçi

Nik Damiçi

Ssenarist, aktyor

BİOQRAFİYA

Nik Damiçi 1959-cu ildə ABŞ-da anadan olub. Uşaqlığı Nyu-Yorkda “Cəhənnəm mətbəxi” adlanan məhəllədə keçib. Atası barmen işləyib. Damiçi özü də 12 yaşından başlayaraq, atasına köməklik edərək özünə cibxərci qazanıb. İtalyan və kanar əsillidir. Damiçi aktyor Maykl Moriartini öz müəllimi və mentoru hesab edir. Məhz Moriarti ona ssenarist olmağı tövsiyə edib. Damiçi sonda ssenarist olsa da, aktyorluğa olan məhəbbəti heç vaxt ölməyib. Müsahibələrinin birində Damiçi ssenaristliyi “tənha və qədr-qiyməti olmayan peşə” kimi qələmə verib. Televiziyada başlıca olaraq ikinci dərəcəli rollar oynadığından, özü üçün rollar yazmağa qərar verib. Gələcək rejissor Cim Miklla tanış olduqdan sonra onunla 2001-ci ildən etibarən əməkdaşlığa başlayıb. Tələbəlik illərində dostlaşan Mikl və Damiçi 2001-ci ildə diplom işi filmini birlikdə çəkiblər. İlk əməkdaşlığın bəhrəsi olaraq “Malberi-strit” zombi horrorunu ərsəyə gətiriblər. Onların ikinci filmi də qorxu janrındadır və “Vampirlər diyarı” adlanır. Nyu-York Taymz tənqidçilərinin seçimi tituluna layiq görülüb. 2013-cü ildə ərsəyə gətirdikləri “Biz olduğumuz kimiyik” filmi 29-cu “Sandens” festivalında nümayiş olunub, daha sonra isə “rejissorların 2 həftəsi” rubrikasında 2013-cü il Kann Kinofestivalında ekranlara çıxıb. Sörvayvıl-horror janrında olan Malberri-Strit” və “Vampirlər diyarı” filmləri üzərində gördüyü işə görə tanınır. Damiçi hazırda Nyu-Yorkda yaşayır. Vətəndaş nikahında olduğu qadın bar sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nick_Damici

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç