Culiya Qarner

Culiya Qarner

Aktrisa

BİOQRAFİYA

Culiya Qarner – amerikalı aktrisadır. Daha çox Netflix-in “Ozark” (2017-2018) kriminal serialında oynadığı cinayətkar ailənin at oynadan qızı Rus Lenqmor rolu ilə məşhurlaşıb. Həmçinin “Günahlar şəhəri 2” (2014), “Biz olduğumuz kimiyik” (2013), “Marta Marsi Mey Marlen” (2011) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 28 televiziya/bədii film və seriala çəkilib. 1 fevral 1994-cü ildə Nyu-Yorkun Bronks rayonunda anadan olub. Anası İsraildə uğurlu komediyaçı olmuş hazırda isə ABŞ-da terapevt işləyən Tami Qinqolddur. Atası Tomas Qarner rəssam və rəssamlıq müəllimidir. Böyük bacısı Anna (Ani) ssenarist və prodüserdir. Qarnerin əsli yəhudidir. Utancaqlığını aradan qaldırmaq üçün 15 yaşından etibarən aktyorluq sənəti üzrə kurslara gedib. Böyük ekranlarda debütünü 2011-ci ildə premyerası baş tutan “Marta Marsi Mey Marlen” (2011) filmində oynadığı Sara rolu ilə gerçəkləşdirib. 2012-ci ildə “Getmə” filmində rejissor Devid Çeyzin şəxsən onun üçün yazdığı kiçik rolu ifa edib. Həmin il “Artıq uşaq deyilik” filmində görüntülənib. 2013-cü ildə Qarner Eşli Bellə birgə “İblisin sonuncu sürgünü: İkinci hadisə” qorxu filmində baş rola çəkilib. 2015-ci ildə “Amerikalılar” teleserialının üçüncü mövsümündə görüntülənib. 2017-ci ildən etibarən, ABŞ teleməkanının ən uğurlu layihələrindən olan “Ozark” kriminal serialının aktyor heyətinin daimi üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç