Alan Mak Siu-Fay - honkonqlu ssenarist, rejissor, aktyor və prodüserdir. 1986-cı ildə anadan olub. Honkonqun Dram İncəsənət Akademiyasının Dram məktəbində oxuyub. 1990-cı ildə məzun olduqdan sonra, kinokaryerasına start verib. Rejissor debütü 1997-ci ilə təsadüf edir, belə ki, ilk filmi Co Manın ssenarisini yazdığı və prodüserlik etdiyi "Nude Fear" (Çılpaq qorxu) filmi hesab olunur. Sonralar Mak "Rave Fever", "A War Named Desire", "Final Romance" və "Stolen Love" kimi bədii filmləri ərsəyə gətirir. Stolen Love adlı filminin çəkilişlərində onun ssenarist Feliks Çonqla uzunmüddətli və məhsuldar əməkdaşlığının əsası qoyulub. Alan Maka ən çox uğur qazandıran filmlərdən biri 2002-ci ildə Çonqla ssenarisini yazdığı və rejissor Endrü Loula rejissoru olduğu "İkiqat yerdəyişmə" kriminal trilleri sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alan_Mak_(director)