Kim Yaşpal

Kim Yaşpal

Aktrisa

BİOQRAFİYA

Kim Yaşpal – hindistanlı aktrisadır. Daha çox “Disko rəqqas” filmində oynadığı Rita rolu ilə məşhurlaşıb. Karyerasını fotomodel olaraq başlayıb. Sonra kinoda epizodik rollara çəkilib. Məşhur hind aktyoru və rejissoru Denni Denzonqpa onuna sevgi macərası yaşadıqdan sonra kinoda aparıcı rollara yüksəlməsinə şərait yaradır. İlk uğurlu işi Phir Wohi Raat” (1980) adlı qorxu filmi olur. Həmin filmdə sevgilisi Denni ilə baş rolllara çəkilir. İki il sonra karyerasının ən yadda qalan rolunu alır. “Disko rəqqas” (1982) filmində Mithun Çakrabortinin tərəf müqabili olur. O sonra da Denni ilə filmlərə çəklilməyə davam edirdi. Filmlərin birində baş qəhrəman Kəşmir kəndindən olan müsəlman qız idi. Denni rejissor və prodüserə and-aman etmişdi ki, Kimdən başqa bu rola uyğun gələn aktrisa yoxdur. Belə ki, kim müsəlman qadın obrazını daha rahat canlandıra bilir, üstəlik həmin bölgədə doğulub. Denninin çəkilmədiyi filmlərdə Kim müxtəlif ziddiyyətlərlə üzləşib. Məsələn “Kasam Paida Karnevale Ki” filminin rejissoru Babbar Sübhaş baş rola Kimi dəvət edir, belə ki, onun “Disko Rəqqasda” öz istedadını açıq-aşkar ortaya qoyduğunu hesab edirdi. Hər şey çəkiliş üçün demək olar ki, hazır idi. Bircə mahnıların ifaçısını seçmək qalmışdı. Bunun üçün rejissor Babbar Sübhaşa Salma Akhanı təklif edirlər. Gənc müğənni ilə görüşən Babbar onun gözəlliyinə və səsinə valeh olur. Onun səsinin bir vizit kartı olduğuna əmin olur. Belə bir nəticəyə gəlir ki, Salma təkcə filmdə mahnıların ifaçısı deyil, həmdə baş rol ifaçısı olmalıdır. Kim bu dəyişiklik barədə heç xəbər belə vermir. Evdə oturub, çəkilişə dəvətin gəlməsini gözləyib. Birdə xəbər tutub ki, çəkilişlər artıq çoxdan başlayıb. Onun rolunu isə başqa aktrisa “oğurlayıb”. Bu Kimin qəlbini qırır. Onu əvəzinə başqa aktrisa tapmaqları o qədər yandırmır, nə qədər ki, bu əvəzləmə haqda xəbərdar edilməməyi. Onun həmin vaxt Bombeydə öz evi yox idi, çəkilişlərdən qazandığı az-maz pulla mehmanxanalarda gecələyirdi. Tezliklə onun Denni ilə yeddi illik vətəndaş nikahı da başa çatır. Cütlüyün ayrılmasının səbəbi heç kimə məlum deyil. Həmin andan Kimin həyatına “qara zolaq” daxil olur. Baş rollar daha ona nəsib olmur, yalnız epizodik rollar və rəqs səhnələri ilə kifayətlənməli olur. 1988-ci ildə böyük kinoya qayıdacağı ilə bağlı yeni ümidləri yaranır. Belə ki, “Disko Rəqqas” filmində tərəf-müqabili olmuş Mithun Çakraborti köhnə dostluğunun xatirinə və onun “Kasam Paida Karnewale Ki” filmin çəkilişlərində baş verən anlaşılmazlığa görə vicdan əzabı çəkdiyindən onu “Kommando” adlı filmində Chumdhum roluna dəvət edir. Kim həmin rolun öhdəsindən layiqincə gəlir. Kim bilir bəlkə də, hamının mehriban insan kimi tanıdığı Mithun onu daha da qabağa çəkə bilərdi. Ancaq 1989-cu ilə ağır yol qəzasına düşməsi onun “ulduz karyerasının” üzərindən birdəfəlik xətt çəkir. Uzun müddət xəstəxanada müalicə olunur və bu müddətdə vacib rollardan birini itirir. Xəstəxanadan çıxdıqdan sonra prodüserlər ona marağını itirir. Sonuncu çəkildiyi film 1991-ci ildə “Baaghi” filmində küçədən keçən adsız qız (epizodik) rolu olur. Ondan sonra aktrisa kinodan birdəfəlik itir. Həyatı haqqında da heç bir məlumat verilmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ok.ru/vseproindi/topic/63187648025894

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç