Kamran Qasımov
Ssenarist
Kamran Mürsəl oğlu Qasımov Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinində bakalavr və magistr pillələri üzrə təhsil alıb. Kino təhsili üzrə pedaqoji fəaliyyətlə məşğul olur. Media sahəsində çalışır.“Tilsim” tammetrajlı bədii filminin, “Samidə məktub”, “İqlimlər” və bu qəbildən bir sıra sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. “İyirmi üç ay”, “Rəqəmlərin qibləsi”, “Mirassız varislər” kitablarını qələmə alıb. “Qızlar”, ”Qaydasız döyüş” (İlqar Fəhmi ilə birlikdə), “Ağabəyovlar” (Vahid Naxışla birlikdə), “Göyçək Fatimə” (Səbinə Hüseynli ilə birlikdə) bədii televiziya seriallarının ssenari müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.facebook.com/azerbaycan.kinosuveteatri/photos/a.900441300018692/2654316601297811/?type=3&theater