Piter Auterbric

Piter Auterbric

Aktyor

BİOQRAFİYA

Piter Auterbric 30 iyun 1966-cı ildə Kanadanın Toronto şəhərində anadan olub. Beşuşaqlı ailənin son beşiyi olub. Bacı-qardaşları ilə birgə Torontoda boya-başa çatıb. Atası vəkillik fəaliyyəti ilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra Piter Viktoriya universitetinə daxil olub. 1988-ci ildə həmin təhsil ocağının aktyorluq fakültəsini bitirib. Məzun olduğu il “Way Off Broadway” adlı teatr truppasını yaradıb. 1988-1992-ci illərdə həmin truppa ilə Kanadanı qarış-qarış gəzərək, qastrol tamaşaları keçirib. 1990-cı ildən etibarən televiziyada müxtəlif layihələrə çəkilməyə başlayıb. İki dəfə Kanadanın “Cini” telemükafatına namizəd olub. Bir neçə dəfə “Cemini” mükafatının laureatı olub. Daha çox “Qatilin portreti”, “Mənim adım Saradır”, “Mişar VI” filmləri və “ReGenezis” serialında oynadığı rollarla yadda qalıb. 2000-ci ildə Temmi İsbellə ailə qurub. Cütlüyün 4 il sonra Semüel və Tomas adlı əkiz oğlanları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%83%D1%82%D0%B5%D1%80%D0%B1%D1%80%D0%B8%D0%B4%D0%B6,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç