Cayls Nattqens
Operator
Cayls Nattqens 12 iyul 1961-ci ildə Böyük Britaniyada anadan olub. 1981-ci ildə BBC telekanalında operator köməkçisi vəzifəsində işə başlayıb. O əsasən təbiət haqqında sənədli filmlər hazırlayan şöbədə çalışıb. Təcrübə topladıqdan sonra baş operatora çevrilib. Geniş ekranlarda debütünü 1992-ci ildə “Elektrik ay” filminin çəkilişlərində gerçəkləşdirib. “Çimərlik”, “Ulduz müharibələri. II epizod: Klonların hücumu”, “Ulduz müharibələri: III epizod: Sithlərin intiqamı”, “Qrand Budapeşt oteli” kimi yüksək reytinqli filmlərin çəkilişində operator qismində iştirak edib. 2017-ci ildə “Hər vəchlə” filmi üzərində gördüyü işə görə ən yaxşı operator işi nominasiyasında BAFTA mükafatına namizəd olub. Britaniya kino operatorları cəmiyyətinin üzvüdür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: