Devid Lesli Conson

Devid Lesli Conson

Ssenarist

BİOQRAFİYA

Devid Lesli Conson – MakQoldrik – amerikalı kino və televiziya ssenaristi və dramaturqdur. İlk pyesini ikinci kursda oxuyanda yazıb, 19 yaşında isə ilk ssenarisini ərsəyə gətirib. Ali təhsilini Ohayo Dövlət Universitetində alıb. Fotoqrafiya və Kinematoqrafiya üzrə bakalavr dərəcəsi əldə edib. Karyerasına tarixin ən baxımlı filmlərindən sayılan “Şouşenkdən qaçış” filmində prodüser Frenk Darabontun köməkçisi kimi başlayıb. Film Devidin doğma şəhəri olan Mensfilddə çəkilib. Çəkilişin aparıldığı həbsxanada onun ulu babası keşikçi işləyib. Növbəti beş ili də Darabontun köməkçisi kimi fəaliyyət göstərib və imkan düşən kimi ssenarilər yazmağa başlayıb. Daha çox “Yetim” (Orphan, 2009), “Qırmızı papaq” (Red Riding Hood, 2011), “Tilsim 2” (THe Conjuring 2, 2011), “Titanların qəzəbi” (2012) filmlərinin ssenaristi kimi tanınır. Həmçinin məşhur “Gəzən ölülər” serialının çoxsaylı epizodlarının müəllifidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0424901/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç