Şarlotta Remplinq

Şarlotta Remplinq

Aktrisa

BİOQRAFİYA

Tessa Şarlotta Remplinq 5 fevral 1946-cı ildə Stermer şəhərinin Esseks qraflığında (İngiltərə) anadan olub. İngiltərə və Fransanın elit təhsil ocaqlarında oxuyub. 17 yaşı tamam olanda gənc musiqiçilərə qoşularaq İspaniyaya gedir. 1964-cü ildə maneken və fotomodel karyerasına başlayır, eyni zamanda BBC teleşirkəti ilə əməkdaşlıq edir. Şarlotta Versal şəhərində (Fransa) "Jeanne d'Arc Academie pour Jeunes Filles" akademiyasını və İngiltərədə "St. Hilda's School"u bitirib. Gənc yaşlarında avara həyat sürməyə başlayan qız narkotik və spirtli içki aludəçisinə çevrilir. Lakin tezliklə bu həyatın ona uyğun olmadığını anlayır. O mütəmadi olaraq maraqlı, lakin qalmaqallı rollar oynayırdı. 1969-cu ildə xüsusi təyinatlı düşərgəyə göndərilən qadın obrazını yaratmaqla tanınmağa başlayır. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Şarlotta "Farewell, My Lovely" və Vudi Allenin "Stardust Memories" (1980) filmlərində çəkilməklə Amerikada tanınmağa başlayır. Şarlotta, əsasən, fransız rejissorların filmlərində çəkilirdi. Amma onu “etibarsız” aktrisa kimi tanıyırdılar. Çünki işlədiyi rejissorların yalnız bir filmində çəkilirdi. Lakin Fransua Ozon bu siyahıya daxil deyil. Aktrisa “Qum altında” və “Hovuz” filmlərində Ozonla birgə işləyib. Şarlotta Repmplinq dəfələrlə müxtəlif səpkili mükafatlara layiq görülüb. Aktrisa 80-dən çox Fransa, İtaliya, Belçika, Almaniya, Yunanıstan, Böyük Britaniya, Kanada, Avstraliya, Meksika, ABŞ filmlərində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Charlotte_Rampling

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç