Oksid Pan

Oksid Pan

Rejissor, ssenarist, prodüser, montajçı

BİOQRAFİYA

Oksid Pan 1965-ci ildə anadan olub. Oksid qardaşı Dennidən 15 dəqiqə əvvəl doğulub. Əkiz qardaşı ilə duet şəklində fəaliyət göstərir. 2002-ci ildə premyerası baş tutan “Göz” trilleri ilə dünya şöhrəti qazanıblar. Film o qədər uğurlu alınıb ki, bir neçə il sonra iki sikveli və Cesika Albanın baş rola çəkildiyi eyniadlı Hollivud remeyki və Naina adlı Bollivud remeyki ekranlara çıxıb. Başlıca olaraq Honkonqda fəaliyyət göstərsələr də, ikinci vətənləri demək olar ki, Tailanddır. Tailand kino industriyasının inkişafına öz töhvələrini veriblər. Elə rejissor debütlərini də “Təhlükəli Banqkok” filmi ilə məhz Tailanda gerçəkləşdiriblər. Həmin film qardaşlara 2000-ci ildə Toronto Beynəlxalq Festivalında FİPRECİ mükafatını qazandırıb. Şəxsi həyatına gəlincə, 2010-cu ildə “Göz” filminin çəkilişində tanış olduğu baş rol ifaçısı Anjelika Li ilə ailə qurub. Toy mərasimi Pangkor Laut kurort mərkəzində keçirilib. Oksidin əvvəlki nikahdan 13 yaşlı qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0659380/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç