Medelin Stou

Medelin Stou

Aktrisa

BİOQRAFİYA

Medelin Stou 1958-ci ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Kosta-Rikalı mühacir və Oreqonlu mühəndisin ailəsində boya-başa çatıb. 10 yaşında olanda məşhur rusiyalı pianoçu Sergey Tarnovskinin yanında fortepiano dərslərinə gedib. Cənubi Kaliforniya Universitetində jurnalistika üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə aktyorluq sənəti ilə maraqlanmağa başlayıb. Nəticədə öz şansını Beverli Hillz teatrlarından birində sınamaq qərarına gəlir. Televiziyada debütünü 1978-ci ildə “Baretta” adlı polis teleserialının epizodunda gerçəkləşdirib. Daha sonra “İnanılmaz Hörümçək-adam”, “Barnabi Cons” və “Preriyada balaca ev” kimi televiziya layihələrində iştirak edib. 1978-ci ildə Stou karyerasının ən əlamətdar filmi sayılan “Milad” telefilmində İsa peyğəmbərin anası Müqəddəs Məryəm rolunu oynayıb. 1981-ci ildə həyat yoldaşı Brayan Benbenlə “Qanqster səlnamələri” mini serialına çəkilib. Daha çox “İzləmə” (1987), “Qisas” (1990), “Dolab ölkəsi” (1991), “Qanunsuz giriş” (1992), “Sonuncu Mogikan” (1992), “12 meymun” (1995), “Biz əsgər idik” (2002), “Qisas mələyi” (2002) filmlərində oynadığı rollara görə tanınır. 2011-2015-ci illərdə ABC telekanalında yayımlanan “Qisas” serialında Viktoriya Qreyson rolunu oynayıb. Həmin rol ona ən yaxşı dramatik serial aktrisası nominasiyasında “Qızıl Qlobus” mükafatına namizədlik qazandırıb. 2012-ci ildə “People” jurnalı Stounu ən gözəl qadınların siyahısında beşinci yerdə göstərib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Madeleine_Stowe

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç