Federiko Alvares

Federiko Alvares

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Federiko (Fede) Alvares – uruqvaylı kinorejissor, prodüser və ssenaristdir. Başlıca olaraq “Qorxunc ölülər” və “Nəfəsini saxla” filmlərinin rejissoru kimi məşhurlaşıb. Həmçinin Uruqvay paytaxtına robot hücumundan bəhs edən məşhur “Təlatüm” adlı qısametrajlı filmin yaradıcısıdır. 9 fevralı 1978-ci ildə Montevidio şəhərində anadan olub. 23 yaşında Klaudiya Abendlə birlikdlə ilk filmini (Los-Pocillos) çəkib. 2009-cu ildə “Təlatüm” adlı qısametrajlı filmi yaradaraq YouTube videoportalına yerləşdirib. Bir neçə həftə keçməmiş Ghost House Pictures şirkəti ilə müqavilə bağlayıb. Bu əməkdaşlığın ilk məhsulu – “Qorxunc ölülər” filmi olur. Qorxu janrında olan film ABŞ kinoteatrlarında 50 milyondan çox gəlir götürür. Filmin fantastik uğurundan sonra onun sikvellərini çəkmək fikrinə gəlsə də, başı “Nəfəsini saxla” adlı saspens trillerinin çəkilişlərinə qarışıb. 2016-cı ildə ekranlara çıxan film aşağı büdcəli olmasına rəğmən tamaşaçıların və tənqidçilərin rəğbətini qazana bilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D1%8C%D0%B2%D0%B0%D1%80%D0%B5%D1%81,_%D0%A4%D0%B5%D0%B4%D0%B5%D1%80%D0%B8%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç