Cessika Lukas

Cessika Lukas

Aktrisa

BİOQRAFİYA

Cessika Lukas 24 sentyabr 1985-ci ildə Kanadanın Vankuver şəhərində anadan olub. Atası haitili, anası pakistanlıdır. 7 yaşından aktrisalıqla məşğul olur. Peşəkar dram təhsilini “Childrens Theatre Arts” uşaq teatr agentliyində alıb. “Ağac və yeddi cırtdan”, “Briolina”, “Zoluşkalar” və digər yerli tamaşalarda iştirak edib. 2001-ci ildə Kanadanın “Ecmont” adlı yeniyetmə sitkomunda Bekki Lourens rolunu əldə edib. Serial CBC telekanalında 4 yanvar 2001-ci ildən 21 iyul 2005-ci ilə kimi 5 mövsüm efirə gedir. Altıncı mövsümə qədəm qoymamış şou bağlanıb. 2004-cü ildə “Başqa şəhərdə seks” serialında Roksana rolunda çıxış edib. Daha sonra ABC telekanalının “Keçid dövrü” serialında Sü Miller rolunu oynayıb. Şounun ömrü cəmi 1 il sürüb və aşağı reytinq göstəricilərinə görə vaxtından əvvəl bağlanıb. 2006-cı ildə “O – kişidir” və “İblislə sövdə” filmlərinin çəkilişlərində iştirak edib. Daha sonra ABC telekanalının “Balaca şəhərciyin sirləri” adlı yeni telelayihəsində görüntülənib. Reytinqinin yüksək olmasına rəğmən, büdcəsi həddən ziyadə böyük olduğundan efirdən çıxarılıb. 2008-ci ildə aktrisa “90210: Yeni nəsil” serialının bir neçə epizoduna Kimberli Mak Eyntayer roluna çəkilib. Daha sonra rejissor Cey Cey Abramsın “Monstro” adlı fantastik trillerində baş qadın rollarından biri ona nəsib olub. Paramount Pictures şirkətinin istehsal etdiyi film azbüdcəli olmasına baxmayaraq bütün gözləntiləri üstələyib və ümumilikdə 198 milyon dollar kassa gəliri və tənqidçi rəğbəti qazanıb. 2011-ci ildə aktrisa NBC telekanalının “Dostcasına seks” telelayihəsində iştirak edib, həmçinin “Böyük analar: Ata kimi oğul” komediya filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%83%D0%BA%D0%B0%D1%81,_%D0%94%D0%B6%D0%B5%D1%81%D1%81%D0%B8%D0%BA%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç