Lu Teylor Puççi

Lu Teylor Puççi

Aktyor

BİOQRAFİYA

Lu Teylor Puççi 27 iyul 1985-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Sisayd-Hayts şəhərində anadan olub. Anası keçmiş model Linda Farver, atası gitara ifaçısı Lui Puççidir. “Christian Brothers” akademiyasını bitirib. İlk dəfə səhnədə 10 yaşında debüt edib; “Oliver” müziklındə çıxış edib. İki il sonra Brodveyin “Musiqi səsləri” musiqili tamaşasında dublyor qismində iştirak edib. “Çamskrabber” (2005) filmi, HBO telekanalının “Empayr-Folls” (2005) serialının çəkilişlərində iştirak edib. Onu eyni zamanda “Pis vərdiş” filmində baş rolda görmək olar. Həmin rola görə Berlin Kinofestivalında ən yaxşı kişi rolu nominasiyasında “Gümüş ayı” mükafatı ilə təltif olunub. Aktyor həmçinin “Green Day” qrupunun “Jesus of Suburbia” mahnısına çəkilmiş klipində görüntülənib. 2008-ci ildə 3 müstəqil filmə çəkilib. Həmin filmlər Sanden kinofestivalında nümayiş olunub. (“Əclaflarla qısa müsahibə”, “Xəbərçilər”, “Hər şeyi bilən adam”). 2012-ci ildə Set Qrinlə birlikdə “Lyukun hekayəsi” filmində baş rola çəkilib. 2013-cü ildə “Qorxunc Ölülər” filmində ikinci plan rola dəvət olunub. 2014-cü ildə isə “Bahar” filmində baş rol ona nəsib olub. Bundan başqa “Çikaqo polisi”, “Qanun və Qayda: Xüsusi korpus” seriallarında qonaq rollarda çıxış edib. Daha çox “Pis vərdiş” filmində oynadığı Castin Kobb və “Qorxunc ölülər” filmində Erik rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%83%D1%87%D1%87%D0%B8,_%D0%9B%D1%83_%D0%A2%D0%B5%D0%B9%D0%BB%D0%BE%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç