Şaylo Fernandes

Şaylo Fernandes

Aktyor, model

BİOQRAFİYA

Şaylo Tomas Fernandes 26 fevral 1985-ci ildə ABŞ-ın Kaliforniya ştatının Yukaya şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Kolorado Universitetinə daxil olub. Ancaq çox keçmədən aktyor olmaq sevdası ilə təhsili yarımçıq buraxaraq, Los-Ancelesə köçüb. Kaliforniyada “American Apparel” şirkətinin təsisçisi Dov Çarni ilə tanış olur. Dov Çarni ona model işini təklif edir. Təklifi qəbul edən Şaylo kişi alt paltarlarını reklam etməyə başlayır, paralel olaraq çoxsaylı kastinqlərdə iştirak edir. İlk aktyor işi “İerixon” (2006) serialında oynadığı epizodik rol sayılır. Daha sonra “Söz gəzdirən” (2007) və “Təmizləyici” (2008) seriallarında ikinci plan aktyor rollarına dəvət olunub. “Şosse” adlı debüt filmi o qədər də uğurlu olmasa da, öz oyunu ilə prodüserlərin diqqətini cəlb edib. Beləcə o “Alatoran” franşizasında Edvard Kallenin roluna əsas namizədlərdən biri olub. Kastinqdə uğursuzluğa düçar olmasına baxmayaraq, rejissor Ketrin Hardvik ona 2011-ci ildə çəkdiyi “Qırmızı papaq” filmində rol verib. Daha çox “Qırmızı papaq” filmində oynadığı rolla məşhurlaşıb. “Alatoran” franşizasında Edvard Kallen roluna namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino.mail.ru/person/469881_shiloh_fernandez/#descr

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç