İyad Mədəni

İyad Mədəni

Səudiyyə Ərəbistanının keçmiş mədəniyyət naziri

BİOQRAFİYA

İyad bin Əmin Mədəni - ərəb siyasətçi və diplomatdır. 2014-cü ildən 2016-cı ilə kimi İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsini yerinə yetirir. 2005-2009-cu illərdə Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Naziri olub. 1999-2005-ci ildə isə ölkənin Həcc naziri postunu tutub. 2 aprel 1946-cı ildə Məkkədə anadan olub. 1969-cu ildə ABŞ-ın Arizona Dövlət Universitetində idarəçilik ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Məkkə naziri olduğu dönəmdə National Geographic telekanalının sifarişi ilə çəkilmiş “Məkkə” (Inside Mecca) sənədli filminə çəkilib. “Məkkə” rejissor Ənisa Mehdi tərəfindən lentə alınmış və həcc ziyarətindən bəhs edən sənədli filmdir. İslam dininin beynəlmiləl prinsipləri, onun meydana gəlməsi və inkişafı ilə bağlı dolğun məlumatlar verməklə yanaşı, Məkkənin həm müsəlman, həm də qeyri-müsəlman dünyası üçün tarixi önəminə diqqət çəkir. Ekran əsəri müxtəlif ölkələr və irqlərdən olan bir neçə müsəlmanın ziyarətə fiziki və mənəvi hazırlığından tutmuş, Məkkədə yerinə yetirdikləri vacib ayinlərə kimi bütün Həcc yolunu əhatə edir. Müəllifin sözlərini tanınmış Hollivud aktyoru Kit Devid tərəfindən səsləndirib.

Ətraflı məlumatüçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Iyad_bin_Amin_Madani

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç