Deyzi Xan
Müsəlman ictimai fəal
Deyzi Xan – müsəlman ictimai fəaldır. Hindistanın idarəçiliyində olan Kəşmir bölgəsində doğulub və boya-başa çatıb. İki iri təşkilat – “Amerika Müsəlman İnkişaf Cəmiyyəti” və “Mənəvilik və Bərabərlik Naminə Müsəlman Qadın Təşəbbüsü” təşkilatının icraçı direktorudur. Deyzi Xan müsəlman ailəsində böyüsə də, xristian missioner məktəbində oxuyub. Firəvan şəkildə birlikdə yaşayan hindlilər, sixlər və müsəlmanların arasında böyüyərək tolerantlığı erkən yaşlarından öyrənib. 16 yaşında olanda Amerikaya köçüb və incəsənət-dizayn ixtisasi üzrə ali təhsil alıb. Amerikadakı ilk günləri Yəhudi məktəbində keçib. Məhz həmin məktəbdə ictimai fəaliyyətinin təməli qoyulub. Nyu-York Dizayn Ali Məktəbini bitirdikdən sonra dini memarlıqla məşğul olmağa başlayıb. Bir neçə iş yeri dəyişdikdən sonra əri ilə ictimai fəaliyyətini genişləndirib. 1997-ci ildə ASMA qeyri-gəlir müsəlman təşkilatını yaradıb. Həmin təşkilat vasitəsilə konfessiyalararası əməkdaşlıq əsaslarına söykənən dini və mədəni harmoniyanın bərpa olunması, yeni liderlərin yetişdirilməsi, müsəlman qadınların hüquqları ilə bağlı maarifləndirilməsi, müsəlman qadınlarla qeyri-müsəlman qadınlar arasında körpülərin salınması istiqamətində böyük işlər görüb. 2003-cü ildə National Geographic telekanalının sifarişi ilə çəkilmiş “Məkkə” adlı sənədli filmə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://umma.news/dejzi-han-ya-na-vse-gotova-radi-blagopoluchiya-vseh-musulman-mira/