Cessika Lenq

Cessika Lenq

Aktrisa, prodüser, fotorəssam, illüstrator, müğənni, filantrop

BİOQRAFİYA

Cessika Fillis Lenq – amerikalı teatr, kino, televiziya və səsləndirmə aktrisası, prodüser, fotorəssam, illüstrator, müğənni, filantrop və YUNİSEF-in xoşməramlı səfiridir. İkiqat “Oskar” (1983, 1995) mükafatı laureatı, üçqat “Emmi” mükafatı laureatı (2009, 2012, 2014), beşqat “Qızıl Qlobus” mükafatı laureatı (1977, 1983, 1995, 1996, 2012), ABŞ kinoaktyorları Gildiyası mükafatının qalibi (2012) və “Toni” teatr mükafatı laureatıdır (2016). Aktrisa 20 aprel 1949-cu ildə ABŞ-ın Minnesota ştatının Klokey şəhərində anadan olub. Kinoda 1976-cı ildə “Kinq-Konq” kinosunda debüt etsə də, ona şöhrəti altı il sonra çəkildiyi “Tutsi” (1982) romantik komediyasında oynadığı rol gətirib. Həmin rola görə ən yaxşı ikinci plan aktrisası nominasiyasında ilk “Oskar mükafatını qazanıb. 80-ci illərin ikinci yarısında “Kənd” (1984), “Şirin Arzular” (1985) və “Musiqi qutusu” (1989) filmlərində yaratdığı obrazlarla üç dəfə “Oskar” nominasiyası əldə edib. İkinci “Oskar” heykəlciyini 1995-ci ildə (ən yaxşı qadın rolu) “Mavi səma” (1994) melodramında oynadığı rola görə, qazanıb. 2011-2015-ci illərdə Lenq FX telekanalında yüksək reytinqli “Amerika qorxu tarixi” serialına çəkilib. Oynadığı rola görə 2012 və 2014-cü illərdə “Emmi” mükafatı qalibi olub. 2016-cı ildə isə “Uzun gün gecəyə keçir” pyesindəki çıxışına görə “ən yaxşı qadın rolu” nominasiyasında “Toni” mükafatı ilə təltif olunub. Cessikanı tez-tez öz dövrünün ən dahi aktrisalarından biri adlandırırlar. Amerika Kino-İncəsənət İnstitutunun versiyasına görə adı tarixin gəlib-getmiş 100 ən görkəmli aktyor və aktrisası siyahısına daxil edilib. Cessika Lenq 1970-1981-ci illərdə ispan fotoqraf Pako Qrande ilə evli olub. 1976-cı ildən sonra Sovet-Amerikan balet artisti Mixayil Barışnikov ilə vətəndaş nikahında olub. Onların Aleksandra Barışnikova adlı qızları var. Münasibətləri 1982-ci ilə qədər davam edib. 1982-2009-cu illərdə kinorejissor Sem Şepardla vətəndaş nikahında olub. Onların bu nikahdan Hanna Ceyn Şepard (1986) və Semuel Uolker Şepard (1987) adlı iki övladı var. Lenq eyni zamanda amerikalı aktyor Bob Fossun ən yaxın dostlarından olub. Hər zaman, xəstəliyində və ölüm ayağında belə yanında olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8D%D0%BD%D0%B3,_%D0%94%D0%B6%D0%B5%D1%81%D1%81%D0%B8%D0%BA%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç