Freddi Frensis

Freddi Frensis

Operator

BİOQRAFİYA

Freddi Frensis – britaniyalı operator, rejissor, ikiqat “Oskar” mükafatı laureatıdır. Başlıca olaraq karyerası ərzində qorxu janrında olan filmləri lentə alıb. 22 dekabr 1917-ci ildə Londonda anadan olub. Əvvəl mühəndis olmağı arzulayıb. Ancaq 16 yaşında olanda məktəbi atıb və fotoqraf Luis Proteronun yanında şagird olub. Yarım il ərzində onun əlinin altında çalışıb, kameralara lent qoymaqda, çəkilişlərin aparılmasında ona köməklik edib. 1939-cu ildə hərbi xidmətə yollanıb, 7 il xidmət edib. Hərbidə olduğu müddətdə Ordu kinostudiyasında operatorluq edib. Xidməti başa vurduqdan sonra operator işini davam etdirib. “Koreya dağları” (1956) filmi onun ilk işlərindən sayılır. Tədricən onun karyerası daha da inkişaf etməyə başlayıb. Freddini yüksək büdcəli kinoların çəkiliş meydanına dəvət ediblər. “Oğullar və məşuqlar” (1960) (həmin filmə görə “Oskar” alıb), “Fil-adam” (1980), “Fransız leytenantın arvad” (1981), “Brenda Starr” (1989), “Şöhrət” (1989) (ona ikinci “Oskarı” qazandırıb) kimi filmlərin operatoru olub. Növbəti 20 ildə 30-dan çox filmin istehsalında iştirak edib. Frensis iki dəfə evli olub. Birinci arvadı Qledis Dorelldən bir oğlu var. İkinci həyat yoldaşı Pamela Mannla 1963-cü ildə evlənib. Nikah ölümünə qədər davam edib. Keçirdiyi insultdan bir müddət sonra 17 mart 2007-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D1%8D%D0%BD%D1%81%D0%B8%D1%81,_%D0%A4%D1%80%D0%B5%D0%B4%D0%B4%D0%B8

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç