Cillian Viqmen

Cillian Viqmen

Aktrisa

BİOQRAFİYA

Cillian Viqmen 28 yanvar 1972-ci ildə ABŞ-ın Nyu-Cersi şəhərində anadan olub. "Pingry School" məktəbini bitirib, daha sonra Kolqeyt Universitetinə daxil olub. Nyu-York şəhərində ali təhsil aldığı müddətdə paralel olaraq yerli komediya truppalarından birində çıxış edib. 2003-2004-cü illərdə MAD TV komediya şousunda etdiyi çıxışlarla məşhurlaşıb. Başlıca olaraq Kalista Flokhart, Şarliz Teron və Cennifer Enistonu təqlid edib. Daha sonra “Xoş gəmisiniz, və ya qonşulara giriş qadağandır”, “Ögey qardaşlar” və “Çardaqda yaşayan yadplanetlilər” kimi filmlərə çəkilib. Viqmen “Veqasda toy axşamı” məşhur komediya franşizasında Bredli Kuperin qəhrəmanının həyat yoldaşı rolunu oynayıb. Televiziyada “Cim deyən kimi”, “Parklar və istirahət zonaları”, “Tam fərqli Tara”, “Azğın Kaliforniya” və “Naşı” kimi serialların çəkilişi və səsləndirilməsində iştirak edib. 2010-2011-ci illərdə “Fişkalar, pullar və vəkillər” serialında Ceyms Beluşinin qəhrəmanının keçmiş həyat yoldaşı rolunda çıxış edib. Daha sonra isə “Şəhərkənarı” serialında görüntülənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gillian_Vigman

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç