Piter Kembor

Piter Kembor

Aktyor

BİOQRAFİYA

Piter Aleksandr Kembor 28 sentyabr 1978-ci ildə ABŞ-ın Hyüston şəhərində anadan olub. ABŞ-ın Massaçusets ştatının Dirfild Akademiyasını bitirib. Daha sonra Ueslian Universitetində (Konnektikut ştatı) 2001-ci ildə incəsənət üzrə bakalavr dərəcəsi alıb. 2005-ci ildə isə Harvard Universitetinin “Institute for Advanced Theater Training” institutunun Amerika Repertuar Teatrında incəsənət üzrə magistr pilləsinə yüksəlib. Həmçinin Moskva İncəsənət Teatrında dərəcə alıb. Təhsilini başa vurduqdan sonra Piter bir müddət Nyu-Yorkda işləyib, daha sonra isə Los-Ancelesə köçüb. “Albalı bağı” teatr tamaşasında Annet Benninq və Alfred Molina kimi ulduzlarla uğurlu çıxışından sonra, prodüserlərin diqqətini cəlb edib. Nəticədə ABC telekanalının “Notes from the Underbelly” sitkomunda ata olmağa hazırlaşan kişi rolunu qazanıb. 2006-2008-ci illərdə aktyor heyətinin daimi üzvü olub, sitkomda sevgilisi rolunu Cennifer Uestfeld oynayıb. 2009-cu ildə Piter Kembr CBS telekanalının yüksək reytinqli “Dəniz polisi: Los-Anceles serialında psixoloq Neyt Getz roluna dəvət alıb. Onun bu uğurlu personajı eyni zamanda "NCIS" serialının 2 epizoduna daxil edilib. 2012-ci ildə "Kembor TBC Wedding Band" serialının əsas aktyor heyətinə qoşulub. Daha çox CBS telekanalında yayımlanan “Dəniz polisi: Los-Anceles” serialında psixoloq Neyt Getz rolu ilə məşhurlaşıb. Hazırda Kembor Los-Ancelesin Venetsiya qəsəbəsində yaşayır. O artistlikdən savayı həmdə mahir gitara ifaçısı, bacarıqlı baş-aşpazdır. Kantri musiqisinin “dəlisidir”. İdmana gəlincə sörfinq və beyzbolu sevir. Boyu 1,93 metrdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%BC%D0%B1%D0%BE%D1%80,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç