Mark Marqolis

Mark Marqolis

Aktyor

BİOQRAFİYA

Mark Marqolis 26 noyabr 1939-cu ildə ABŞ-da anadan olub. Mark Marqolis Templ universitetini bitirib. Daha sonra Nyu-Yorka köçüb, orada Stella Adlerlə birlikdə oxuyub. Ardınca təhsilini yerli aktyor studiyalarından birində davam etdirib. Rejissor Darren Aronofski “Fontan” filmində xüsusi olaraq onun üçün tipajına uyğun gələn keşiş Avila rolunu yaradıb. Marqolis eyni zamanda müxtəlif seriallarda o cümlədən, “Haqqı qoruyan”, “Oz həbsxanası”, “Qanun və Qayda”, “Ölülər yalan danışmır” kimi seriallarda epizodik rollara çəkilib. 80-90-cı illərdə yaratdığı antaqonist obrazları ilə məşhurdur. Daha çox “Çapıq simalı” (Scarface, 1983), “Eys Ventura: Ev heyvanlarının axtarışı” (1994), “Arzuların Rekviyemi” (Requiem for A Dream, 2000) filmlərində oynadığı rollarla yadda qalıb. 2000-ci ildə “Çətinliyə baş vurmuş” kriminal dramı (serial) və 2010-cu ildə onun “Ən yaxşısı Sola zəng edin” spinofunda oynadığı Hektor Salamanka rolu ona ikinci şöhrət dalğasını gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Margolis

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç