Frenki Feyzon

Frenki Feyzon

Aktyor

BİOQRAFİYA

Frenki Rassel Feyzon 10 iyun 1949-cu ildə ABŞ-ın Virciniya ştatının Nyuport Nyuz şəhərində Karmena və Edqar Feyzonun ailəsində dünyaya göz açıb. Aktyorluq sənətini İllinoys ştatının İllinoys Uesleyan Universitetində öyrənib. Tələbə olduğu illərdə Theta Chi Fraternity cəmiyyətinin üzvü olub. 1974-cü ildə Nyu-Yorkda aktyorluq kurslarını bitirib (Graduate Acting Program). Aktyorluq karyerasına da elə həmin il başlayıb. Nyu-Yorkda keçirilən Şekspir Festivalında “Kral Lir” tamaşasında ilk dəfə peşəkar səhnəyə qalxıb. Brodveydə premyerası baş tutan “Çəpərlər” tamaşasında oynadığı rola görə ən yaxşı bədii tamaşa aktyoru kateqoriyasında “Toni” mükafatına namizəd olub. Televiziyada isə debütünü 1979-cu ildə ömrü qısa olmuş “Hot Hero Sandwich” serialına çəkilməklə gerçəkləşdirib. 80-ci illərdən etibarən geniş ekranlara yol tapıb. Başlıca olaraq epizodik rollara çəkilib. Ancaq 1986-cı ildə "İnsan Ovçusu" filmində leytenant Fisk rolu ilə karyerasında yüksəliş dövrü başlayıb. Artıq ikinci dərəcəli rollara dəvət olunmağa başlayıb. Aktyorun ən son işi – “Kənd” (THe Village) adlı serialdır və 2019-cu ildə mavi ekranlara çıxacağı gözlənilir. HBO telekanalında yayımlanan “Gizli dinləmə” (The Wire) serialında oynadığı polis rəis müavini Ervin Bürrel rolu ilə məşhurlaşıb. Həmçinin Hannibal Lektor franşizasında Barni Metyuz roluna görə tanınır. Karyerası ərzində 122 bədii film və serialın çəkilişlərində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0265670/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç