Maykl Anqarano

Maykl Anqarano

Aktyor

BİOQRAFİYA

Maykl Entoni Anqarano 3 dekabr 1987-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. Valideynlər Dorin və Maykl Anqaranodur. İtalyan əsillidirlər. Erika və Kristen adlı bacıları və Endrü adlı qardaşı var. Ailəsi Nyu-York və Los-Ancelesdə 4 nüfuzlu rəqs studiyasına malikdir. “Reflections in Dance” adlı həmin studiyanın rəhbəri atası Dorindir, anası Kristen dərs deyir, bacısı Erika isə rəqqasəlik edir. Anqarano 2005-ci ildə "Crespi Carmelite High School" məktəbini bitirib, hazırda Los-Anceles şəhərində yaşayır. Karyerası ərzində 63 televiziya/bədii film və serialın çəkilişlərində və səsləndirilməsində iştirak edib. Debütünü 1995-ci ildə “Şənbə axşamı canlı efirdə” şousunda Devid Duxovnının oğlu rolunda gerçəkləşdirib. Daha çox “Qadağan edilmiş krallıq” (2008), “Yüksək pilotaj” (2005), “Vəhşi kart” (2015), “Az qala məşhur” (2000) filmlərində oynadığı rollara görə tanınır. Son rolları – “Bu bizik” (2018) serialında Nik Pirson, “Gülməkdən öldüm” (2017-2018) serialında Eddi Zeydel, “Sevgi münasibətində” (2018) romantik komediyasında Ouen rolu sayılır. 2004-2009-cu illərdə “Danış” filminin çəkilişlərində tanış olduğu “Kristen Stüart” ilə vətəndaş nikahında olub. 2014-cü ildə “Bürün çaydan” komediyasında birgə baş rola çəkildiyi Cuno Templla eşq macərası yaşayıb. Cütlük 2016-cı ildə yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Angarano

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç