İen Softli

İen Softli

Rejissor

BİOQRAFİYA

İen Softli 30 oktyabr 1956-cı ildə London şəhərində (İngiltərə) anadan olub. Orta təhsilini Londonun İlinq rayonunun St.Benedict məktəbində alıb. Daha sonra Kembric Universiteti nəzdində fəaliyyət göstərən Kuinz kollecində tələbə olub. Karyerasına televiziyadan başlayıb. Bir neçə video klip və telekanallar üçün süjetlər hazırlayıb. Rejissor və ssenarist qismində “Kvartetdə beşinci” filmində debüt edib. Film “Bitlz” qrupunun yaradıcılıq yolundan bəhs edir və London Kinotənqidçiləri Dərnəyi tərəfindən ilin ən yaxşı debüt lenti seçilib. Film həm də çoxsaylı kino mükafatları ilə təltif olunub. Softli filmin fantastik uğurundan sonra həmin ssenari əsasında teatr üçün pyes yazıb. Softli prodüser Sara Körtislə evlidir. Rejissor işində İenın özəlliyi ondan ibarətdir ki, hər növbəti filmi mütləq fərqli janrda çəkir. Buna əmin olmaq üçün filmoqrafiyasının ardıcıllığına nəzər salmaq kifayətdir: “Kvartetdə Beşinci”- bayopik, “Hakerlər” – triller, “Göyərçinin qanadları”- dram, “Bütün qapılara düşən açar” – qorxu filmi, “Mürəkkəb ürək” – fentezi və bu ardıcıllıqla davam edir. Onun süjetləri bir qayda olaraq janr üzərində refleksiyaya malik olur. Məsələn “Bütün qapılara düşən açar” filmində “saspens”dən əsər əlamət olmasa da, film gözlənilməz sonluqla nəticələnir. Rejissor təkrarçılığı və stereotipləri sevmir. Qorxu filmlərinin süjetində rejissorlar daha populyar olan Vudu – afrika cadügərliyi elementinə müraciət etdikləri halda, İen çoxlarına məlum olmayan Huddu (Qərbi Afrikada qaynaqlanan və amerika hindularının tətbiq etdiyi magiya) praktikasına üz tutur. Daha çox “Hakerlər” (Hackers, 1995), “Key-paks” (K-Pax, 2001) filmlərinin rejissoru kimi tanınır. Karyerası ərzində 11 film ərsəyə gətirib. Son çəkdiyi film 2015-ci ildə ekranlara çıxmış “Nazik xətt” trilleridir. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D1%84%D...

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç