Coy Brayant
Aktrisa
Coy Brayant 19 oktyabr 1976-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Məktəbdə oxuduğu illərdə Fieldston Enrichment Program proqramında iştirak edib. Vestminster məktəbini (Konnektikut ştatının) bitirdikdən sonra "Better Chance" aztəminatlı ailələrə yardım proqramı hesabına Yel Universitetində oxumaq üçün akademik stipendiya əldə edib. Ancaq Brayant təhsilini yarımçıq buraxır. Belə ki, tələbə olduğu vaxt "Next Models Management" şirkətinin agenti onu model işinə dəvət edir. Təklifi qəbul edən Brayant artıq bir müddətdən sonra Parisdə model karyerasına başlayır. “Ralph Lauren” və “Tommy Hilfiger & RocaWear” kimi brendləri təmsil edib, həmçinin “Gap” və “Victoria's Secret” kimi brendlərin reklamlarında iştirak edib. 2003-cü ildə Brayant aktrisa Cessika Alba ilə birlikdə “Qəşəng qız” adlı musiqili melodrama çəkilib. Daha sonra rejissor Mario Van Piblzın “Yaramaz” adlı bioqrafik dramında rol alıb. 2005-ci ildə isə bir neçə iri büdcəli lentdə görüntülənib. Keyt Hadsonun baş rola çəkildiyi “Bütün qapılara düşən açar” qorxu filmi, “London” melodramı və “Varlan ya da öl” şəhər dramına çəkilib. 2006-cı ildə senator Robert Kennediyə qarşı suiqəsddən bəhs edən “Bobbi” dramında, 2007-ci ildə “Hantın ovu” trillerində rol alıb. ABŞ teleməkanında daha çox NBC telekanalında 2010-2015-ci illərdə yayımlanan “Valideynlər" serialında oynadığı rolla yadda qalıb. 2007-ci ildə aktrisa Deyv Poupla nişanlanıb. 2008-ci ildə cütlük Nyu-Yorkda münasibətlərini rəsmiləşdirib, toy mərasimi Amagansett çimərliyində keçirilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B0%D0%B9%D0%B0%D0%BD%D1%82,_%D0%94%D0%B6%D0%BE%D0%B9