Robert Pauell

Robert Pauell

Aktyor

BİOQRAFİYA

Robert Pauell 1 iyun 1944-cü ildə İngiltərinin şimalında yerləşən Salford şəhərində Ketlin və Con Uiolson Pauellin ailəsində anadan olub. Salford Universitetinin məzunudur. Aktyor karyerasına 1964-cü ildə tələbə olduğu vaxt başlayıb. İlk dəfə teatr səhnəsinə çıxıb. Kinoda debütünü isə 1967-ci ildə Piter Yetsin “Qarət” filmində gerçəkləşdirib. Ancaq aktyora məşhurluq gətirən rol BBC telekenalında 1970-ci ildə yayımlanan “Doomwatch” serialındakı rol olur. Bir neçə il ərzində Robert Pauell başlıca olaraq televiziya sahəsində çalışıb. Ara–sıra kino layihələrində də (məsələn, “Maler”, “Tommi” və s.) iştirak edib. 25 avqust 1975-ci ildə Pauell “Pans People” kollektivinin rəqqasəsi Barbara Lordla evlənib. Onların birgə nikahdan 1977 və 1979-cu il təvəllüdlü iki övladı var. 1977-ci ildə rejissor Franko Zeffirellinin “Nazaretli İsa” televiziya filminə çəkilib. 1982-ci ildə 39-cu Venesiya Kinofestivalında dünya kinosuna verdiyi töhfələrə görə “Qızıl Şir” mükafatı ilə təltif olunub. Həmin vaxt festivalın proqramına onun iştirakı ilə çəkilmiş “İmperativ” filmi daxil olub. Aktyor eyni zamanda BBC telekanalı ilə əməkdaşlıq edir, bir çox sənədli filmlərdən müəllifin sözlərini oxuyur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robert_Powell

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç