Con De Lansi

Con De Lansi

Stendap komediyaçı, aktyor, rejissor, prodüser, yazıçı, müğənni və musiqiçi

BİOQRAFİYA

Conatan “Con” de Lensi 20 mart 1948-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası Filadelfiya orkestrində təcrübəli qoboy ifaçısı olub. Kyü “Ulduz yolu” fantastik franşizasının bir neçə hissəsində və seriallarında ikincidərəcəli rol alıb. Rolunun ikinci dərəcəli olmasına baxmayaraq həmin personaj (Kyü) franşizanın demək olar ki bütün seriallarında iştirak etmək tək-tük personajlardandır. De Lensi adı bundan başqa “Beşiyi yelləyən əl”, “Balıqçı-kral”, “Pis təsir”, “Soğan tarlası”, “İşləri sahmana salmalı”, “Qorxmaz”, “Arkada”, “Çoxlu”, “Üstə çıxan qadın”, “Sindidən soruş”, “Uğur”, “Patalogiya”, “Evolver”, “Boşalmış şəhər”, “Mənim axirətim”, “Adrenalin”, “Adrenalin 2: Yüksək gərginlik,” “Bəxtəvər it” filmlərinin titrlarındə peyda olub. Daha çox “Ulduz yolu” franşizasına aid fantastik seriallarda Kyü rolu ilə yadda qalıb. Həmçinin amerika teleməkanının ən populyar kriminal seriallarından olan “Çətinliyə baş vurmuş” dramında depressiyaya düçar olmuş pilot Donald Marqolis rolu ilə məşhurdur. Aktyor Marni Mosimanla evlidir. Birgə nikahdan 1984 və 1987-ci il təvəllüdlü iki oğlu var. Aktyor ateist olduğunu gizlətmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5_%D0%9B%D1%8D%D0%BD%D1%81%D0%B8,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç