Allen Hyüz

Allen Hyüz

Rejissor

BİOQRAFİYA

Allen Hyüz 1 aprel 1972-ci ildə Detroytda (Miçiqan ştatı, ABŞ) anadan olub. Atası afro-amerikalı, anası İran ermənisidir. 2 yaşında olanda valideynləri boşanıb. Qardaşları anaları ilə qalıb. 1981-ci ildə Kaliforniya ştatının Pomon şəhərinə köçüblər. Orada Allen və Albert kino ilə maraqlanmağa başlayır. 12-ci ad gününə anası ona videokamera hədiyyə edir. Həmin kamera ilə ilk işlərini – qısametrajlı filmlərini ərsəyə gətirirlər. Belə filmlərdən birini hətta ev tapşırığı əvəzinə müəllimə təqdim ediblər. Qardaşların ilk tammetrajlı filmi 1993-cü ildə işıq üzü görmüş “Cəmiyyətə təhdid” filmi sayılır. Həmin filmdə Allen və Albert təkcə rejissor yox, eyni zamanda köməkçi ssenarist qismində də çıxış ediblər. Lent Kann Kinofestivalına qədər gedib çıxıb. Onların növbəti işi – 1995-ci ildə çəkilmiş və Vyetnam müharibəsi qazilərindən bəhs edən “Ölü prezidentlər” filmi olur. 1999-cu ildə isə Sandens Kinofestivalında onların ilk tammetrajlı sənədli filmi – “Amerika sutenyoru” filmi təqdim olunur. Qardaşların növbəti birgə işi 2001-ci ildə ekrana çıxan “Cəhənnəmdən çıxan” trilleri olur. Ekran əsərinə Conni Depp və Hizer Qrem kimi məşhur aktyorlar çəkilib. Başlıca olaraq əkiz qardaşı Albert Hyüzla birlikdə fəaliyyət göstərir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B0%D1%82%D1%8C%D1%8F_%D0%A5%D1%8C%D1%8E%D0%B7

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç