Şahab Hüseyni

Şahab Hüseyni

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Şahab Hüseyni 3 fevral 1974-cü ildə Tehranda (İran) anadan olub. Orta məktəbi bitirdikdən sonra Tehran Universitetinə qəbul olunub və psixologiya ixtisası üzrə ali təhsil alıb. Ancaq bir müddətdən sonra Hüseyni Kanadaya köçmək məqsədilə təhsilini yarımçıq buraxıb. İstədiyinə nail ola bilməyib və İranda iş axtarmalı olub. Əvvəl yerli radiostansiyada işləyib, daha sonra “Oksigen” gənclər verilişində aparıcılıq edib. Kinoda debütünü 2002-ci ildə “Lobbi” filminə çəkilməklə həyata keçirib. Habelə karyerasının yüksəliş dövrü rejissor Təhmin Milaninin “Beşinci Reaksiya” filmindən sonra başlayıb. Daha çox iranlı rejissor və ssenarist Əsgər Fərhadi ilə əməkdaşlıq edir. Onun “Elli” (2008), “Nadir və Siminin ayrılması” (2011) və “Kommivoyajor” (2016) filmlərində rol alıb. “Nadir və Siminin ayrılması” filmində oynadığı rola görə ən yaxşı kişi rolu kateqoriyasında “Gümüş Ayı” mükafatına layiq görülüb. 2016-cı ildə isə “Kommivoyajor” filminə görə Kann Kinofestivalının prizini qazanıb. 2009-cu ildə “Superulduz” filmindəki roluna görə “Büllur Simurq” mükafatının sahibi olub. 2013-cü ildə kinorejissor qismində debütünü gerçəkləşdirib. 2011-ci ildə Hüseyni karyerasında müvəqqəti fasilə elan edib. Şəxsi həyatına gəlincə 1996-cı ildə Pərişehr Qənbəri ilə ailə qurub. Cütlüyün birgə nikahdan 2 övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D1%81%D1%81%D0%B5%D0%B9%D0%BD%D0%B8,_%D0%A8%D0%B0%D1%85%D0%B0%D0%B1

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç