Leyla Hatəmi

Leyla Hatəmi

Aktrisa

BİOQRAFİYA

Leyla Hatəmi 1 oktyabr 1972-ci ildə Tehranda (İran) anadan olub. Nüfuzlu İran rejissoru Əli Hatəminin və aktrisa Zari Xoşkəmin ailəsində böyüyüb. Orta məktəbi bitirdikdən sonra İsveçrənin Lozanna şəhərinə köçüb. Lozanna Federal Texnologiya İnstitutunda mexaniki mühəndislik ixtisasi üzrə ali təhsil alıb. İki ildən sonra ixtisasını Fransa ədəbiyyatına dəyişib. Ali təhsil proqramını başa vurduqdan sonra İrana geri dönüb. Gənclik illərində atasının prodüserlik etdiyi bir neçə filmdə epizodik rollara çəkilib. Həmçinin “Həzar Dastan” teleserialında rolalıb. Baş rolda debütünü 1996-cı ildə rejissor Dariuş Mehrcuinin “Leyla” filmində gerçəkləşdirib. Həmin rola görə 15-ci Fəcr Kino Festivalının ən yaxşı aktrisa nominasiyasında Fəxri Diplomunu qazanıb. Həmin roldan sonra şöhrət qazanıb və çoxsaylı kino layihələrə dəvətlər gəlməyə başlayıb. 2002-ci ildə “Tərk edilmiş stansiya” filmində oynadığı rola görə ən yaxşı aktrisa nominasiyasında Fəcr Beynəlxalq Kino Mükafatına namizəd olub. Həmin rolla 26-cı Monreal Dünya Kino Festivalında ən yaxşı aktrisa kateqoriyasında qalib gəlib. Aktrisa eyni zamanda rejissor ərinin çəkdiyi filmlərə çəkilir (“Uzaqlardan gələn qadının portreti”, 2005; “Sonuncu addım”, 2012). Aktrisa ayrı-ayrı illərdə Karlovlı Varı Beynəlxalq Kino Mükafatı və Büllur Simurq kino mükafatının qalibi olub. Karyerasının ən uğurlu filmi 2012-ci ildə ekranlara çıxan “Nadir və Siminin ayrılması” filmi sayılır. Film çoxsaylı beynəlxalq mükafatlar, o cümlədən ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatı ilə təltif olunub. Aktrisaya isə Berlin Kino Festivalında "Gümüş Ayı" mükafatını qazandırıb. "IndieWire" nəşri onun filmdəki rolunu təqdir edərək, 21-ci əsrin ən yaxşı qadın aktrisalarından biri kimi qələmə verib. 2014-cü ildə Kann Kino Festivalının münsiflər heyətinin üzvü olub. İştirakı zamanı Kann Festivalının prezidenti Jil Yakobu üzündən öpməklə ölkəsində böyük qalmaqal salıb. Bir çox tənqidçilər müsəlman qadınına yaraşmayan bu hərəkətinə görə onun şallaqlanmasını da tələb edib. Sonradan Hatəmi məktub yazaraq İran xalqından üzr istəyib. Şəxsi həyatına gəlincə aktrisa 1999-cu ildə aktyor və rejissor Ali Mosəffə ilə ailə qurub. Cütlüyün iki övladı var. Fars dilindən savayı, Fransız, Alman və ingilizcə səlis danışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Leila_Hatami

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç