Ketrin Han

Ketrin Han

Aktrisa, prodüser

BİOQRAFİYA

Ketrin Han 23 iyul 1973-cü ildə ABŞ-ın İllinoys ştatında anadan olub. 2001-2007-ci illərdə yayımlanan “Corcan araşdırması” teleserialından sonra məşhurlaşıb. Həmin vaxtdan bəri Han çoxsaylı reytinqli komediyalarda, o cümlədən, “Ögey qardaşlar”, “Səyahət yanğısı”, “Biz Millerlərik”, “Uolter Mittinin inanılmaz həyatı” kimi filmlərdə müxtəlif ikincidərəcəli rollar alıb. “Çox pis analar” filmində Mila Kunis və Kristen Bellə baş rola çəkilib. Komediya 110 milyon dollardan çox kassa gəliri götürür və 2016-cı ilin ən uğurlu kinolayihələrindən olur. Filmin sikveli 2017-ci ildə çıxıb. Ancaq birinci hissənin uğurunu təkrarlaya bilməyib. Aparıcı aktrisa olaraq eyni zamanda bir sıra müstəqil filmlərə, o cümlədən “Pis sözlər” filminə çəkilib. Qeyri-komediya filmlərinə gəlincə, Corc Kluni ilə “Gələcəyin dünyası” fantastik filmində kamera qarşısına çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%9A%D1%8D%D1%82%D1%80%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç