İzabel Acani

İzabel Acani

Aktrisa, prodüser

BİOQRAFİYA

İzabel Yasmina Acani fransalı aktrisa və müğənnidir. 1974-cü ildə Acani Klod Pinotonun “Sillə” filmində rol alıb. Acani Fransua Trüffonun “Adeli Q. tarixi” filmində çəkilir və oynadığı rol ona məşhurluq gətirir. Viktor Hüqonun cavabsız sevgidən havalanan qızı roluna görə “Oskar” və “Sezar” mükafatına layiq görülür. 1979-cu ildə Acani Klaus Kinski ilə birlikdə Brem Stokerin ekranlaşdırılmış əsəri rejissor Verner Hersoqun “Nosferatu-gecə kabusu” filmində çəkilir. Həmin il o “Bronte bacıları” filmində Emili Bronte rolunu ifa edir. “İblis” (1981), “Ölümcül yay” (1983), “Kamilla Klodel” (1988), “Şahzadə Marqo” (1994), “Sonuncu dərs” (2008) filmlərindəki rollarına görə “Ən yaxşı qadın rolu” nominasiyasında rekord sayda 5 “Sezar” mükafatına sahib olub. 19 fevral 2010-cu ildə Berlin Beynəlxalq kinofestivalı çərçivəsində onun və baş rolda çəkilən Jerar Depardyenin iştirakı ilə “Mamont” filmi təqdim olunub. Bu onların “Barokko”, “Kamilla Klodel”, “Bon Voyaj” filmlərindən sonra müştərək 4-cü işidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B4%D0%B6%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç