Fransua Düpeyron — fransalı kinorejissor, ssenarist, operator. Karyerasına 1977-ci ildən başlayıb. Fransa Kinematoqraf İncəsənəti İnstitutunu bitirib. “Müsyö İbrahim və Quran İnciləri” (2003), “Sevimli oğul” (1994), “Zabitlər üçün palata” (2001), “Görüş üçün qəribə məkan” (1988), “Kiçik sirrlər” (2006) və digər 17 filmin rejissorudur. 1985 və 1989-cu illərdə ən yaxşı qısametrajlı film kateqoriyasında Sezar mükafatına layiq görülüb. 2009-cu ildə Kann festivalında “Fransanın Kino Mədəniyyəti” mükafatına layiq görülüb. Onun “Zabitlər üçün palata” filmi 2001-ci ildə Kann festivalında müsabiqə proqramında iştirak edib. Onun filmlərində çəkilən aktrisa Dominik Feysz ilə ailəli olub. Bütün filmlərinin “Trezor” filmindən başqa ssenari müəllifi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8E%D0%BF%D...