Tereza Palmer
Aktrisa
Tereza Meri Palmer 26 fevral 1986-cı ildə Avstraliyanın Adelaida şəhərində anadan olub. İnvestor Kevin Palmer və keçmiş tibb bacısı Pola Sandersin yeganə övladıdır. Ögey anası Karen Palmerdir. İki ögey qarda və iki ögey bacısı var. Palmer “Interview” jurnalına verdiyi açıqlamada, sadə şəraitdə boya-başa çatdığını, anası ilə dövlət mənzil fondunun ayırdığı evdə yaşadığını, bəzən atasının yanında Adelaid təpələrində yerləşən fermasında qaldığını bildirib. Üç yaşı olanda valideynləri boşanıb. “Harper’s Bazaar” nəşrinə verdiyi müsahibədə anasının bipolyar pozuntudan əziyyət çəkdiyinə görə sərt tərbiyə gördüyünü etiraf edib. 2003-cü ildə “Mercedes College” universitetini bitirdikdən sonra özünü kino sənətinə həsr etməyə qərar verib. Elə həmin il “Kinoulduz axtarışında” müsabiqəsinin qalibi olub. İlk işi animator rolu olub. İstirahət günlərində Adelaid mərkəzində Strawberry Shortcake cizgi filmi personajının kostyumunu geyinərək, ötüb keçənləri ticarət mərkəzlərinə dəvət edib. Palmer bir neçə il aktyorluq sənəti kurslarına gedib, ardınca reklam çarxlarına çəkilməyə başlayıb. Şəxsi həyatına gəlincə 21 dekabr 2013-cü ildən aktyor Mark Uebberlə evlidir. Onunla toya qədər 15 ay görüşüb. Cütlüyün üç övladı var: oğlu Bodi Reyn Palmer (2014), oğlu Forest Seyc Palmer (2016) və qızı Poet Leyk Palmer (2019). Tereza vegeteryandır. Aktrisa və model Fibi Tonkin ən yaxın rəfiqəsidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BB%D0%BC%D0%B5%D1%80,_%D0%A2%D0%B5%D1%80%D0%B5%D0%B7%D0%B0