Von Tsin

Von Tsin

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Von Tsin 3 may 1955-ci ildə Çində anadan olub. Atası Von Tsin Lam tanınmış televiziya rejissoru olub. Beləcə o atasının getdiyi yolu davam etdirmək qərarına gəlib. Atasının nüfuzu onun rejissor kürsüsünə gəlməsində mühüm rol oynayıb. Honkonq Universitetinə qəbul olunsa da, tez-tez dərslərdən qaçıb və demək olar ki, oxumayıb. Atasının əlaqələri sayəsində kinematoqrafiyada nəzəri biliklə yanaşı, praktiki bilik də toplayıb. Onu hamı tanıdığı üçün kinostudiyalara sərbəst şəkildə istədiyi vaxt daxil olur, çəkiliş prosesini izləyirdi. Tezliklə rejissor köməkçisi olaraq müxtəlif kinolayihələrində iştirak edir. Daha sonra ssenarist qismində özünü sınayıb. Ardınca aktyor olub, daha sonra isə rejissor və prodüser olaraq fəaliyyətə başlayıb. Rejissor debütü “Challange of the Gamesters” filmi olur. Bir müddət sonra “Winner Takes All” filmini lentə alır. Bu ilk filmdən sonra rejissorun yaradıcılığında iki istiqamətin – seks və qumar oyunları özünü büruzə verir. 1989-cu ildə “God of Gamblers” (1989) filmi ona şöhrət qazandırır. Kassa gəlirləri baxımından Con Vunun “Killer” bədii filmini də üstələyir. Filmdə rollardan birini Triada mütəşəkkil cinayətkar dəstənin lideri, tanınmış mafiya başçısı Çarlz Xeun oynayır. Rejissorun beləcə kriminal aləmlə sıx əlaqələri yaranır. Von özü bunu nə təsdiq, nə də inkar edir. O tez-tez Triadaya aid olan “Wins” kinoşirkəti üçün tez-tez filmlər çəkir. Rejissor 1995-ci ildə "Wong Jing's Production Company" adlı öz kinoşirkətini yaradıb.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://doramalive.ru/person/wong_jing_1955/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç