Çak Pfarrer
Ssenarist
Çak Pfarrer – amerikalı ssenaristdir. 13 aprel 1957-ci ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində dünyaya göz açıb. 90-cı illərdən başlayan karyerası ərzində 7 kinolayihədə iştirak edib. Daha çox kəskin süjetli döyüş filmlərinə, trillerlərə və fantastikaya üstünlük verir. Başlıca olaraq “Qırmızı planet” (2000), “Virus” (1999), “Çaqqal” (1997), “Mənə ceyran demə” (1996), “Çətin hədəf” (1993), “Zülmət insanı” (1990) filmlərinin ssenaristi kimi tanınır. Keçmiş hərbçidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: