Co Dante
Rejissor
Сozef Dante-kiçik 28 noyabr 1946-cı ildə Nyu-Cersi ştatının Morristaun şəhərində (ABŞ) anadan olub. Atası peşəkar qolf oyunçusu olub. Karyerasına rejissor Rocer Kormanın çəkiliş heyətində başlayıb. Onun əksər filmlərinin, xüsusilə “Böyük avtomobil qarəti” kriminal dramının montajçısı olub. İlk rejissor işi 1978-ci ildə işıq üzü görmüş “Pirani” qorxu filmi sayılır. Daha sonra “Ulama” trillerini lentə alıb. Filmlər tanınmış rejissor Stiven Spilberqin diqqətini cəlb edir. Dante onun dəvəti ilə “Alatoran zona” filminin üçüncü hissəsini çəkir. Daha sonra “Qremlinlər” və “Qremlinlər 2: Yeni partiya” filmlərini ərsəyə gətirir. Bundan savayı Dante Spilberqlə “Daxili kosmos” filminin çəkilişlərində əməkdaşlıq edib. Dantenin rejissor olaraq “vizit kartı” həmin dönəmlərə görə çox keyfiyyətli xüsusi effektlər təşkil etməsi və başqa filmlərə zarafat istinadlara üstünlük verməsidir. 1990-cı illərdə "Paramount Pictures" şirkəti onu “Fantom” filminin rejissoru təyin edib. Daha çox komediya və qorxu janrlarında çəkdiyi filmlərlə məşhurlaşıb. Başlıca olaraq “Pirani” (1978), “Ulama” (1981) qorxu filmlərinin rejissoru kimi tanınır. Onun ilk kassa hiti – 1984-cü ildə ekranlara çıxan “Qremlinlər” filmi olub. 6 il sonra çıxan sikvel də birincinin uğurunu təkrarlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D1%82%D0%B5,_%D0%94%D0%B6%D0%BE