Pino Donacco
Bəstəkar
Pino Donacco 1941-сi ildə İtaliyanın Venetsiya şəhərində anadan olub. 10 yaşında olanda Benedetto konservatoriyasında skripkada ifanı öyrənməyə başlayıb. Daha sonra musiqi təhsilini Cuzeppe Verdi adına konservatoriyada (Milan) davam etdirib. 14 yaşında olanda İtaliya radiosunda Vivaldinin solo konsertini ifa edib. 1959-cu ildə rok-n-rola meyl salır, bəstəkar Pol Enklə əməkdaşlıq edərək, ilk mahnısını yazır. Daha sonra öz komposiziyalarını bəstələməyə başlayır. Tezliklə İtaliyada rokn-rolun aparıcı nümayəndələrindən birinə çevrilir. 1961-ci ildə “Cote Sinfonia” mahnısı ilə San Remo Festivalında iştirak edir. Kinoda debütünü 1973-cü ildə “İndi isə baxma” filmində gerçəkləşdirib. Mütəmadi olaraq amerikalı kinorejissorlarla əməkdaşlıq edib. 1976-cı ildə “Kerri”, 1980-ci ildə “Savaş”, 1984-cü ildə “Yalançı meyit” filminin musiqisini yazıb. 2012-ci ildə kino musiqisinə verdiyi töhfələrə və bu sahədəki nailiyyətlərinə görə “World Soundtrack Awards” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/pino_donadzho/