Robert Pikardo

Robert Pikardo

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Robert Pikardo 27 oktyabr 1953-cü Filadelfiyada (ABŞ) anadan olub. “Ulduz yolu: Voyacer” (1995-2001) serialının yaradılmasında iştirak edib. “Həyatın bir parçası” (2000), “Alfonsodan soruşun” (2011) filmlərinə, “Ulduz yolu: Voyacer” (1995-2001) serialına ssenari yazıb. “Daxili məkan” (1987), “Hər şeyi xatırlamalı” (1990), “Atlant: 2-ci hissə” (2012) filmlərinin, “Elis” (1976-1985), “Los-Anceles qanunu” (1986-1994), “Taksi" (1978-1983) seriallarının çəkilişləri və səsləndirilməsində iştirak edib. “Səhifələrin hökmdarı” (1994), “Bazz Layterin macəraları” (2000-2001), “Ədalət liqası” (2001-2006) cizgi filmləri və seriallarında, "Call of Duty: Black Ops II" (2012), "Call of Duty: Black Ops" (2010), "Pirates of the Caribbean: At World`s End" (2007) video oyunlarında müxtəlif personajları səsləndirib. “Monster School” (2012), “Ask Alphonso” (2011) filmlərinə prodüserlik edib. “Ulduz yolu” fantastik saqasında Doktor, “Ulduz qapıları” franşizasında Riçard Vulsi rolları ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_1067/robert-picardo

 

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç