Patrik Makni
Aktyor
Patrik Makni 6 fevral 1922-ci ildə İngiltərənin London şəhərinin Peddinqton rayonunda anadan olub. Ulu babası məşhur rəssam ser Deniel Makni olub. Patrikin atası Deniel Makni Birinci dünya müharibəsi dövründə Yorkşir bölməsinin mayoru olub. Müharibənin başa çatmasından sonra at yürüşlərində məşqçi işləyib. Tez-tez Patriki özü ilə atçılıq üzrə dərslərə gətirib. Ancaq atasının içki düşkünü olması onun karyerasına da öz təsirini göstərir. İşini itirdikdən sonra 1929-cu ildə Hindistana köçür. Anası Doroti Hastinqs ərinin onları tərk etməsindən sonra rəfiqəsinin bahalı malikanəsinə köçür. Həmin vaxt Patrikin 8 yaşı var idi. Xalası onları öz hesabına təmin edirdi. Onun maddi dəstəyi ilə Patrik prestijli İton məktəbinə daxil olur. Orta təhsili başa vuracağı ərəfədə az qala məktəbdən qovulub. Oxuya-oxuya işlədiyi üçün həddindən artıq qaibi olub. Patrik ilk dəfə səhnəyə 5 yaşında məktəb tamaşasında çıxıb. Çarlz Dikkensin “Nikolas Niklbi” pyesində polis zabiti rolunu oynayıb. 30-cu illərin ikinci yarısında kinoda kütləvi səhnələrə çəkilib. Çəkildiyi ən məşhur filmlər sırasında “Piqmalionun” adını çəkmək olar. 1930-cu ildə atası ilə barışıb və İngiltərəyə qayıtmasından sonra ona tez-tez baş çəkib. Daha sonra iş axtarışı üçün Berkşirə yollanıb. Patrik atasının bir daha at məşqçisi ola bilməyəcəyini güman etsə də, gözləntiləri özünü doğrultmur və nüfuzlu məşqçiyə çevrilir. Patrik bundan ilhamlanaraq hətta bir müddət peşəkar çapar olmaq fikrinə gəlir. Ancaq tədircən bu peşəyə olan tələb aşağı düşüb. Patrik televiziya və kinoya yol tapıb. Karyerası ərzində 170-dən çox televiziya və kino rolu olub. Son çəkildiyi film 2003-ci ildə ekranlara çıxmış “Aşağı büdcəli zaman maşını” filmi olub. 1960-cı illərdə “Qisasçılar” serialına çəkilməklə məşhurlaşıb. Daha çox “Ulama” və “Ölürmək üçün icazə” (Bondiana silsiləsindən) filmlərində oynadığı rollara görə tanınır. Patrik Makni 25 iyun 2015-ci ildə Kaliforniya ştatında ailəsinin əhatəsində qocalıqdan dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: