Robert Taun
Rejissor, ssenarist
Robert Taun – amerikalı ssenarist və rejissordur. 1975-ci ildə “Çin məhəlləsi” filminə yazdığı ssenariyə görə “Oskar” mükafatı laureatı olub. 23 noyabr 1934-cü ildə Los-Anceles şəhərində anadan olub. Həyatının ilk illərini Kaliforniya ştatının San-Pedro şəhərində keçirib. Karyerasının əvvəlində tanınmış rejissor və prodüser Rocer Kormanlar birgə işləyib. 1970-ci illərdə Hollivudun ən tanınmış ssenaristlərindən olub. 1982-ci ildən etibarən rejissor karyerasına qədəm qoyub. Daha çox “Bonni və Klayd” (1967), “Qreystouk: Tarzan haqqında əfsanə” (1984), “Çətin Tapşırıq” (1996) filmlərinə yazdığı ssenarilərə görə tanınır. Vulture versiyasına tarixin gəlib-getmiş ən yaxşı ssenaristlərinin reytinqində 3-cü yerdə göstərilib. 1977-1983-cü illərdə aktrisa Culi Peynlə evli olub, birgə nikahdan Ketrin Taun adlı qızları var. 1984-cü ildə isə Luiza Qoulla ailə qurub. Həmin nikahdan isə Çiara Taun adlı qızı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Таун,_Роберт