Lora Qrinvud

Lora Qrinvud

Aktrisa

BİOQRAFİYA

Lora Qrinvud – britaniyalı aktrisa, “YoungBlood Theatre Company” teatrının iştirakçısıdır. 14 yaşından aktrisa olaraq parlamağa başlayıb. ITV telekanalının “Əsas şübhəli şəxs” teleserialında Penni Fillips rolu ilə məşhurlaşıb. Serialda kino ulduzu Helen Mirenlə birgə kamera qarşısına çıxıb. Tənqidçilər aktrisanın teledramda iştirakını yüksək qiymətləndirib. Daha əvvəl Qrinvud “Mənim tutuquşu həyatım” adlı uşaq serialında və “Getsəz, batdım” adlı dramda rol alıb. Həmçinin “Qrimm qardaşları” və “V- yəni Vendetta” blokbasterlərində kiçik rollar alıb. Daha sonra “Masanın yerdəyişməsi” serialında öz rolunu oynayıb. Ardınca “Məsih” teleserialında Liya Uolles rolunda çıxış edib. Elə həmin il BBC-nin “Holbi Blu” serialının çəkilişlərinə qatılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D0%BD%D0%B2%D1%83%D0%B4,_%D0%9B%D0%BE%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç