Elizabet Berrinqton
Aktrisa
Elizabet Berrinqton 3 avqust 1970-ci ildə Böyük Britaniyanın Uollasi şəhərində anadan olub. Uşaqlığı Çeşir qraflığında keçib. Orta təhsilini Weatherhead High School məktəbində alıb. Əlinə attestat aldıqdan sonra bir neçə britaniya teatrlarında səhnəyə çıxıb. Böyük ekranlarda ilk rolu 1993-cü ilin “Çılpaq” bədii filmi olub. Daha sonra 1996-cı ildə “Sirlər və yalan” filminə çəkilib. Onun iştirakı ilə çəkilmiş başqa filmlər arasında “Vampir balası”, Markiz de Sadın qələmi”, “Mənim pis dayəm” və “Brüggedə gizlənmək” filmlərini sadalamaq olar. Bir çox televiziya seriallarına çəkilib. 2009-cu ildə “Tərkibində fındıq ola bilər” televiziya dramında baş rol ona nəsib olub. “Vaterloo küçəsi” serialında sürücülük üzrə təlimatçı “Rubi” rolunu ifa edib. Həmçinin “Həkim Kim?”, “Psixovil”, “Rouz və Maloni”, “Sindikat”, “Braun ata” və “Qara Güzgü” kimi yüksək reytinqli seriallarda görüntülənib. 2012-ci ildə “Stella” teleserialında daimi rol qazanıb, Pol Koşu oynayıb. 2014-cü ildə aktrisa “Babilistan” mini serialının çəkilişlərinə qatılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/elizabeth_berrington/